Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTv-yə köçürülür

3 Sentyabr 2025 15:38 (UTC+04:00)

Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq. SİA-nın əldə etdiyi məlumata görə, radionun fəaliyyətində fasilə yaranmasın deyə, Azərbaycan Televiziyasının (AzTv) binasında əməkdaşlar işlərini davam etdirəcəklər.

AzTv-nin Mətbuat xidməti faktı təsdiqləyib.