Azərbaycan Dabaq Xəstəliyinə Nəzarət üzrə AK-nin Nizamnaməsinə qoşulacaq

3 Sentyabr 2025 15:28 (UTC+04:00)

Azərbaycan “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsi"nə qoşulacaq. SİA xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” qanun layihəsində əksini tapıb.