Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxs saxlanılıb

3 Sentyabr 2025 14:28 (UTC+04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb.

Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.