Bakıda oğurluq edən şəxslər saxlanılıblar

3 Sentyabr 2025 13:41 (UTC+04:00)

Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 4 min 300 manat nağd pul və 5 min manat dəyərində dekorativ metal avadanlıqlar oğurlanıb. Bu barədə zərərçəkmiş şəxslər polisə məlumat veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı R. Məmmədov və 50 yaşlı V. Mustafayev saxlanılıblar.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R. Şirinov tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.