Gədəbəydə 55 yaşlı kişi dağdan yıxılaraq ölüb

3 Sentyabr 2025 11:00 (UTC+04:00)

Gədəbəydə bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Qala kəndində, Yoğdu dağ adlanan ərazidə qeydə alınıb. Rayon sakini 1970-ci il təvəllüdlü Y.Yolçuyev dağdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Məlumata görə, Y.Yolçuyev dağdan çiçək yığan zaman ehtiyatsızlıqdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.