Gömrük nəzarətindən gizlədilən 10 qızıl külçə aşkar edilib

3 Sentyabr 2025 10:45 (UTC+04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd “Pamp” markalı qızıl külçə aşkar edilib.