Cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisi Slovakiyaya yola düşüb

3 Sentyabr 2025 06:17 (UTC+04:00)

Cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları Slovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb. SİA xəbər verir ki, yığmanı səfərə aparan təyyarə saat 06:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.

Ölkəmiz ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.

Qeyd edək ki, sentyabrın 4-dən 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.