“Səbail” braziliyalı yarımmüdafiəçi ilə anlaşdı

3 Sentyabr 2025 03:38 (UTC+04:00)

2025/2026-cı il mövsümü üçün hazırlığını davam etdirən “Səbail” PFK ilk əcnəbi transferini həyata keçirib. SİA xəbər verir ki, paytaxt klubu Braziliyanın “Patriatos” komandasının sabiq futbolçusu Afonso Almeida Duarte ilə 1+1 illik müqavilə imzalayıb. 23 yaşlı braziliyalı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.