Yeni Ələt-Astara magistralı ətrafında yanğın baş verib. SİA-nın verdiyi xəbərə görə, yanğın magistralın Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Küləkli havaya görə alov yayılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.