Abşeronda qadın qətlə yetirilib, 58 yaşlı qaynı saxlanılıb

2 Sentyabr 2025 14:52 (UTC+04:00)

Abşeron rayonunun Saray qəsəbəsində 51 yaşlı qadın qətlə yetirilib. SİA xəbər verir ki, öldürülən şəxsin 1974-cü il təvəllüdlü Əminə Payızova olduğu bildirilir.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib.