Ötən il 58 909 ölüm faktı qeydə alınıb

2 Sentyabr 2025 14:31 (UTC+04:00)

Ötən il 58 909 ölüm faktı qeydə alınıb. SİA xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanın demoqrafik göstəriciləri" məcmuəsində öz əksini tapıb.

Ölənlərdən 32 436-sı kişi, 26 473-ü isə qadın olub.

Eyni zamanda, statistikaya görə, ölümlərin böyük əksəriyyətinin səbəbi qan dövranı sisteminin xəstəlikləri olub. Belə ki, ötən il 33 289 nəfər qan dövranı sistemi xəstəliklərindən vəfat edib.