Azərbaycanda ana və körpə ölümü azalıb

2 Sentyabr 2025 14:00 (UTC+04:00)

Ötən il Azərbaycanda 29 ana ölümü qeydə alınıb. 2023-cü ildə isə bu say 33 nəfər təşkil edib. SİA xəbər verir ki, bu, barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanın demoqrafik göstəriciləri" məcmuəsində öz əksini tapıb.

Qeyd edilib ki, 2024-cü ildə 1420, 2023-cü ildə isə 2039 körpə ölümü qeydə alınıb.