Samuxda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Kür yolunda qeydə alınıb. Rayonun Qaraağaclı qəsəbə sakini 1967-ci il təvəllüdlü R. Behbudovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşub. Qəza zamanı sürücü R. Behbudov ölüb. Avtomobildə olan Qaraağaclı qəsəbə sakini 2001-ci il təvəllüdlü E. Behbudov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.