Agentlik: Daha 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 Sentyabr 2025 13:00 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 110 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub. Bu barədə SİA-ya agentliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə həssas kateqoriyadan olan uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri davam etdirilir.

Görülən tədbirlər nəticəsində bu il 174 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.