“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə toxunduğu mövzular, dövlətimiz və region üçün əhəmiyyətli bir neçə məsələ ilə bağlı açıqlamaları dünya xəbər lentinin manşetinə çıxaraq, nəinki ölkə əhalisinin, beynəlxaql ictimaiyyətin də diqqətini cəlb edib, ciddi müzakirə predmetinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd N. Abbasbəyli deyib.
O sözlərinə belə davam edib: “Müsahibədə Vaşinqtonda keçirilən üçtərəfli görüşün nəticələri, Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşmadan danışılıb, bu mövzu çərçivəsində bütövlükdə Ermənistan–Azərbaycan münaqişəsi, otuz ildən artıq davam edən uzun və əziyyətli prosesə qısa tarixi ekskurs edilib, Zəngəzurun vacibliyi, qonşu dövlətlərlə münasibətlər, Rusiya-Ukrayna müharibəsi, İsrail-Suriya münaqişəsi və s. mövzulara toxunulub, bir sıra iqtisadi və siyasi məsələlərlə bağlı sullar cavablandırılıb.
İlham Əliyevin: “Necə oldu Azərbaycan iki yerə bölündü. Bu, Azərbaycanın sovetləşməsinin ilk aylarında baş verdi. 1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi” və “biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı” fikirləri isə həm mənəvi, həm tarixi, həm də siyasi cəhətdən böyük mahiyyət və əhəmiyyət kəsb edir. Dövlətimizin müstəqillik tarixi, 1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cumhuriyyəti, onun süqutu, xalqımızın başına gətirilən faciələr barədə dəqiq, obyektiv və bəlkə də kifayət qədər yumşaq formada deyilmiş fikirləri isə əminəm ki, qəlbində vətən sevgisi olan, dövlətin müstəqəlliyini hər şeydən üstün tutan hər bir Azərbaycan vətəndaşının, ələlxüsusda 1988-92-ci illərdə milli-azadlıq hərəkatı iştirakçılarının, onun ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparan, səngərlərdə döyüşənlərin lap ürəyindən xəbər verdi. Hesab edirəm ki, bu həm də Rusiyanın həyata keçirdiyi iki yüz illik işğalçılıq siyasəti, imperialist fəaliyyətinə bir eyham və onun ifşası kimi dəyərləndirilməlidir. Bəzən müxtəlif səbəblərdən bir çoxlarının, o cümlədən digər dövlət rəhbərlərin, siyasi xadimlərin, yerli və dünya çaplı nüfuzlu ekspertlərin, politoloqların, tarixçilərin və s. dilə gətirə bilmədiyi, beynəlxalq səviyyədə səsləndirməyə tərəddüt etdikləri bu cür mövzuların məhz Azərbaycan dövlətinin başçısı tərəfindən, həm də çox açıq, səmimi, birmənalı və obyektiv ifadə etməsi vətəndaşlarımız, Türk dünyası və ümumilikdə isə bütün Azərbaycansevərlər üçün qürurverici olmaqla yanaşı həm də cəsarət, beynəlxalq nüfuz, siyasi çəki göstəricidir.
Qısa müddətdə artıq neçənci dəfədir ki, Prezindentin müxtəlif mövzularla bağlı açıqlamaları beynəlxalq ictimaiyyətin xüsusi marağına səbəb olur, dostlarımızı sevindirir, digərlərini isə şoka salır.
Bu həm də beynəlxaql ictimaiyyətə bir mesajdır, bu Azərbaycan tarxi ilə bağlı illərdi saxta tarxiçilər, riyakar siyasətçilər tərəfindən sırınan yalanların, böhtanların alt-üst olması, imperiyanın naqis fəaliyyətlərinin, törətdikləri pis əməllərin faş edilməsidir, həm də bu qədər geniş auditoriya qarşısında, belə yüksək səviyyədə!. Bu addımın, hansısa bir hökümətyönümlü və ya müxalif siyasi pariyanın rəhbəri, deputat, sıradan bir ictimai-siyasi fəal, məmur, elmi işçi və s.tərəfindən deyil, bir başa işğala, təzyiqlərə mətruz qalmış dövlətin başçısı tərəfində atılması, bu açıqlamanın mahiyyətini, çəkisini dəyişir. Bunun artıq dövlətin mövqeyi kimi ortaya qoyur. Məhz bu səbəbdən də Rusiyada çoxları qarın ağrısına düşüblər, Kremlin şovinist təbliğatının aparıcı, həm də üzdəniraq simalarından, Rusiya TV-lərininin dəhlizlərində sülənən saxta və qərəzli “ekspertlərindən” tutmuş, “Gebbels prinsplərinə” ilə söykənən bu mənfur və qeyri-obyektiv təbliğat maşının güclü təsirinə məruz qalaraq, manqurtlaşmış obıvatelinə, küçədə hər şeyini, hətta həddən artıq çox içkinin təsirindən sifətini belə itirmiş “bomj” belə səfərbər olunaraq Azərbaycana qarşı hücuma keçiblər. Onsuzda daim qərəzli, şər-böhtan xarakterli fikirləri ilə öndə gedən, ifrat anti-Azərbaycançı, alçaqlığı, şərəfszilyi, əclaflığı və şərəfsziliyi ilə xüsusilə seçilən zatulinlərin, solovyovlarin, skobayevlərin, simonyanların və s. kimi tör-töküntülərin sanki əllərinə fürsət düşüb. Bu şəxsiyyəti deqradasiya olunmuş təkhüceyrəli ünsürlər daha da fəallaşıb.
Əlbəttə ki, bütün bu “hücumların”, qarayaxmaların və iftiraların heç bir təsiri, heç bir effekti olmayacaq. Bununla bağlı bu dəfə artıq, hər kəsin tez-tez istiafdə etdiyi “it və karvan” məsələsi ilə yanaşı, başqa bir məsələni xatırlatmaq yerinə düşər: “yel qayadan nə aparar?”.
P.S, Düşünürəm ki, digər məsələlərdə olduğu kimi bu mövzu ərtafında da millət vəklillərinin, ictimai-siyasi xadimlərin, lazımsız və qeyri-peşəkar müzakirələri ilə bəzi özəl TV kanallarının ekranlarında əskik olmayan ekspertlərin və s. xüsusi ilə bu məsələ ilə də bağlı daha fəal olması, rəy və açıqlamaları da faydalı olardı”.
Ayşən Vəli