Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələr keçirilib

2 Sentyabr 2025 11:44 (UTC+04:00)

Azərbaycan və Braziliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib. SİA Braziliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, siyasi məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Braziliyaya səfəri çərçivəsində baş tutub.

Braziliya tərəfindən danışıqlara Xarici İşlər Nazirliyinin baş katibi Mariya Laura da Roşa rəhbərlik edib. Məsləhətləşmələr zamanı ikitərəfli, regional və qlobal gündəmdə olan aktual məsələlər müzakirə olunub. Tərəflər məmnunluqla qeyd ediblər ki, Azərbaycan və Braziliya artıq 30 ildən çoxdur diplomatik münasibətləri davam etdirir.

Turizm, təhsil və parlamentlərarası əlaqələr ikitərəfli əməkdaşlığın ən aktual sahələri kimi dəyərləndirilib.

Daha sonra Elnur Məmmədov Braziliyanın xarici işlər naziri Maura Vieyra ilə ikitərəfli danışıqlar aparıb.

Səfər zamanı Azərbaycan və Braziliya arasında Ticarət və İnvestisiyalar üzrə İşçi Qrupunun ilk iclası keçirilib. İclasın nəticəsi olaraq tərəflər investisiyalar sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Səfər çərçivəsində Azərbaycan və Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş də imzalanıb.