Azərbaycan milli komandası İslandiyaya yola düşüb - FOTO

2 Sentyabr 2025 11:14 (UTC+04:00)

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələ oyunu üçün İslandiyaya yollanıb. SİA xəbər verir ki, yığmanı səfərə aparan təyyarə saat 11:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.