Futzal üzrə Yüksək və Birinci Liqalarda yeni mövsümün püşkü atılacaq

2 Sentyabr 2025 11:30 (UTC+04:00)

Futzal üzrə Yüksək və Birinci Liqalarda 2025-2026-cı illər mövsümünün püşkü atılacaq. SİA xəbər verir ki, mərasim sentyabrın 8-i saat 12:00-da AFFA-da keçiriləcək.

Qeyd edək ki, Yüksək Liqada 6 – “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi”, “Şuşa”, “U-19” və “Lənkəran”, Birinci Liqada isə 10 – “Baku Fire-2”, PFL, “Xan-Lənkəran-2”, “STAR karqo”, “Timsport”, “Atletiko Baku”, “Trabzon – Azərbaycan”, “Ulduz”, “Dəstə Ordubad” və “Yeni Suraxanı” komandaları iştirak edəcək.

Yüksək Liqada oyunlar 4 dövrə, 20 tur, Birinci Liqada isə 1 dövrə və pley-off mərhələsindən ibarət olacaq.