Ötən gün 21 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

2 Sentyabr 2025 11:03 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 1-də ümumi çəkisi 20,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.