Ağdərədə yanğın olub

2 Sentyabr 2025 10:40 (UTC+04:00)

Ağdərə rayonunda yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan tikilinin döşəməsi 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.