Nyu-York birjasında təbii qaz yenidən ucuzlaşıb

2 Sentyabr 2025 09:30 (UTC+04:00)

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,87% azalaraq 2,957 ABŞ dolları təşkil edib.