"Doktor Aybolit" cizgi filminin yaradıcısı vəfat etdi

2 Sentyabr 2025 07:08 (UTC+04:00)

Cizgi filmlərinin quruluşçu rəssamı Radna Saxaltuyev 90 yaşında Kiyevdə vəfat edib. SİA xəbər verir ki, bu barədə ukraynalı kinoşünas Sergey Trimbaç Feysbuk hesabında məlumat paylaşıb. Saxaltuyev Buryatiyanın paytaxtı Ulan-Ude şəhərində anadan olub. 1969-cu ildən rejissor David Çerkasski ilə birlikdə sovet və Ukrayna cizgi filmlərinin yaradılmasında iştirak edib. Ən məşhur əsərləri arasında "Kapitan Vrungelin sərgüzəştləri", "Xəzinələr adası" və "Doktor Aybolit" var.