"Fənərbağça"dan "Əl-Hilal"a - 22 milyonluq transfer

2 Sentyabr 2025 03:24 (UTC+04:00)

Türkiyənin "Fənərbağça" komandasının futbolçusu, 19 yaşlı Yusuf Akçiçək Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib. SİA xəbər verir ki, müdafiəçi ilə 2029-cu ilədək müqavilə imzalanıb. "Fənərbağça" bu transferdən 22 milyon avro əldəe dib.

Qeyd edək ki, "Əl-Hilal" Yusufu başqa kluba satarsa, "Fənərbağça"ya 15 faiz pay çatmalıdır.