"Qalatasaray" İlkay Gündoğanı transfer edib

1 Sentyabr 2025 21:19 (UTC+04:00)

Türkiyənin “Qalatasaray” klubu “Mançester Siti”nin futbolçusu İlkay Gündoğanı heyətinə cəlb edib.

SİA xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Türkəsilli almaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.