Bu yay Böyük Britaniyada rekord dərəcədə isti olub

1 Sentyabr 2025 20:42 (UTC+04:00)

Böyük Britaniyada 2025-ci ilin yayı ölkə tarixində ən isti yay kimi qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Krallığın Milli Hidrometeorologiya Xidməti “Met Office” təsdiqləyib.

Rəsmi göstəricilərə əsasən, 1 iyun-31 avqust tarixlərində ölkə üzrə orta temperatur 16,10 dərəcə olub ki, bu da uzunmüddətli iqlim norması ilə müqayisədə 1,51 dərəcə yüksəkdir. Ardıcıl istilik dalğaları nəticəsində ölkənin müxtəlif bölgələrində quraqlıqlar və meşə yanğınları qeydə alınıb.

Yeni göstərici 2018-ci ildə qeydə alınmış əvvəlki rekord olan 15,76 dərəcəlik orta temperaturu üstələyib.