Polşa Almaniyadan II Dünya Müharibəsi üçün təzminat tələb edir...

1 Sentyabr 2025 21:45 (UTC+04:00)

Polşa prezidenti Karol Navrocki II Dünya Müharibəsinin başlanmasının 86-cı ildönümü münasibətilə keçirilən anım tədbirlərində çıxışı zamanı Almaniyadan təzminat tələbini təkrarlayıb.

SİA-nın məlumatına görə, Polşa prezidentinin bəyanatını RMF 24 sitat gətirir.

Əsas bayram tədbirləri başlamazdan əvvəl prezident Karol Navrocki Vesterplattedəki Polşa əsgərlərinin qəbiristanlığına gül dəstələri qoyub.

Navroçki çıxışında qeyd edib ki, Polşa ilə Almaniya arasında mehriban qonşuluq münasibətlərinin olması üçün təzminat məsələsi həll edilməlidir.

...Həqiqət və yaxşı münasibətlər əsasında tərəfdaşlıq qurmaq üçün biz Almaniyadan təzminat məsələsini həll etməliyik ki, mən Polşa Prezidenti kimi ümumi mənafe üçün birmənalı şəkildə tələb edirəm, - o qeyd edib.

Navroçkinin sözlərinə görə, Polşa “NATO-nun şərq cinahındakı ən mühüm dövlət kimi ədalətə, həqiqətə və Almaniya ilə aydın münasibətlərə ehtiyac duyur. Ancaq bunun üçün Almaniya dövlətindən də təzminat tələb olunur”. ...İnanıram ki, baş nazir və Polşa hökuməti prezidentin beynəlxalq səhnədə səsini dəstəkləyəcək və Qərb qonşularımızla birlikdə biz öz həqiqi təhlükəsiz gələcəyimizi quracağıq.

Bunu da Navroçki bildirib.

Əli Babayev