Balıqçılıq subyektlərində epizootoloji monitorinqlər keçiriləcək - FOTO

1 Sentyabr 2025 15:45 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə oktyabrın 6-11-də balıqların infeksion və invazion xəstəliklərinə dair epizootoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə 16 balıqçılıq subyektində monitorinq keçiriləcək. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, monitorinq çərçivəsində balıqların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış keçirməklə, maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Əldə olunan məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.

Tədbirlər zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.