Azərbaycan voleybol millisi Gürcüstanda toplanış keçəcək

1 Sentyabr 2025 15:35 (UTC+04:00)

III MDB Oyunlarında iştirak edəcək 17 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini ölkə xaricində davam etdirəcək. Azərbaycan Voleybol Federasiyasından SİA-ya verilən məlumata görə, bu gün komanda Gürcüstanın Tbilisi şəhərinə yola düşüb.

Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma Gürcüstanın yeniyetmələrdən ibarət milli komandası ilə bir neçə yoxlama oyunu da keçirəcək.

Milli təlim-məşq toplanışına 15 voleybolçu ilə yollanıb.