Nehrəm qəsəbəsinin elektrik enerjisi ilə təchizatında fasilə olacaq

1 Sentyabr 2025 12:41 (UTC+04:00)

Bu gündən 35/10 kilovoltluq Nehrəm yarımstansiyasından qidalanan 10 kilovoltluq “Nehrəm 1” hava elektrik verilişi xəttində təmir işləri aparılacaq. “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar sentyabrın 5-nə qədər Babək rayon Nehrəm qəsəbəsində gün ərzində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra abonentlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.