NTD klubu Tahir Baxşıyev ilə müqavilənin müddətini uzadıb

1 Sentyabr 2025 12:40 (UTC+04:00)

NTD klubu baş məşqçisi Tahir Baxşıyev ilə müqavilənin müddətini uzadıb. Klubdan SİA-ya verilən məlumata görə, Azərbaycan yığmasına da rəhbərlik edən mütəxəssislə 1 illik müqavilə imzalanıb. Onun köməkçisi Şirin Məhərrəm olacaq.

Qeyd edək ki, Tahir Baxşıyev NTD klubunu 2012-ci ildən baş məşqçi olaraq çalışdırır.