“Sumqayıt” basketbol komandası baş məşqçisi ilə müqaviləni yeniləyib

1 Sentyabr 2025 12:05 (UTC+04:00)

“Sumqayıt” basketbol komandası baş məşqçisi Vadim Kuramşınla əməkdaşlığı davam etdirəcək. Klubdan SİA-ya verilən məlumata görə, onunla 1 illik yeni anlaşma imzalanıb.

Kuramşının başçılığı altında ötən mövsüm “Sumqayıt” B qrupunu 4-cü sırada başa vurub. Pley-in seriyasında isə komanda “Sərhədçi”yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.