Binə qəsəbəsində istixana ərazisində yanğın olub

31 Avqust 2025 20:07 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində istixana ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

SİA-nın məlumatına görə, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.