Azərbaycanın 3x3 basketbol yığması Qadın Seriyasının final mərhələsində

31 Avqust 2025 10:47 (UTC+04:00)

Azərbaycanın 3x3 basketbol yığması Qadın Seriyasında 2025-ci il mövsümünün final mərhələsində iştirak edəcək. Basketbol Federasiyasından SİA-ya verilən məlumata görə, həlledici mərhələ sentyabrın 13–14-də Çinin Şanxay şəhərində keçiriləcək.

Final mərhələsində mövsümün reytinq xallarına əsasən, ən yaxşı nəticə göstərmiş yeddi komanda ilə yanaşı, ev sahibi Çin yığması da mübarizə aparacaq.