Zelenski şərtini açıqladı

31 Avqust 2025 05:06 (UTC+04:00)

Rusiya ilə münaqişənin sonu atəşkəslə başlamalıdır. SİA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında qarşıdurmaya son qoymaq üçün belə bir şərt irəli sürüb.

"Bu müharibənin sonu qeyd-şərtsiz atəşkəslə, tələb olunan sükutla başlamalıdır. Hər kəs bu mövqeni başa düşür və dəstəkləyir", - Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə söhbəti barədə məlumat verərkən yazıb. "Şəhərlərimiz davamlı atəş altında olanda sülhdən danışmaq mümkün deyil", - Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, Hindistan atəşi dayandırmaq üçün lazım olan səyləri göstərməyə hazırdır