Kürdəmirdə avtomobil qəzaya uğrayıb, sürücü ölüb

30 Avqust 2025 10:52 (UTC+04:00)

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə Vaqif küçəsində qeydə alınıb.

Belə ki, Rüstəm Şahin oğlu İsmiyevin sükanı arxasında olduğu "BMW" markalı avtomobil əvvəlcə qarşıdakı "VAZ-2106" markalı avtomobilə, daha sonra isə yol kənarındakı maşın ehtiyat hissələri satılan mağaza çırpılıb. Nəticədə sürücü aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.