ANAMA Horadiz regional əməliyyat mərkəzinə “İlməkçi” vəzifəsinə işçi qəbulu elan edir

29 Avqust 2025 12:30 (UTC+04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Horadiz regional əməliyyat mərkəzində “İlməkçi” vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. Bu barədə SİA-ya agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, namizədlərin müvafiq sahədə peşə təhsili (peşə təhsilinə dair təsdiqedici sənədlər) olmalıdır.

Təminatlar:

- Əməkhaqqı ilə yanaşı, çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;

- Gündə 3 dəfə yeməklə təminedilmə;

- Yaşayış yeri ilə təminolunma.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri [email protected]ünvanına göndərməlidirlər.

- müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

- şəxsiyyət vəsiqəsinin surəti;

- təhsilə dair sənədlərin surəti (diplom, attestat, sertifikat, vəsiqə, arayış və s.);

- əmək kitabçasının surəti.

Sənəd qəbulu sentyabrın 30-dək həyata keçiriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət etmək olar.