Azərbaycan nefti ucuzlaşıb

29 Avqust 2025 09:54 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,3 ABŞ dolları və ya 0,43% azalaraq 69,31 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,61 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.