Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

29 Avqust 2025 10:10 (UTC+04:00)

Şamaxı rayonunun Məlhəm kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 38 yaşlı Kənan Səlimov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar quru ot sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.