Bərdədə avtomobilin vurduğu 74 yaşlı kişi 4 gün sonra ölüb

29 Avqust 2025 09:19 (UTC+04:00)

Bərdədə avtomobilin vurduğu 74 yaşlı kişi 4 gün sonra ölüb. SİA xəbər verir ki, avqustun 24-də 1997-ci il təvəllüdlü Nəbiyev Mirəli Yavər oğlu idarə etdiyi avtomobillə 1951-ci il təvəllüdlü Fətullayev Sahib Məmməd oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, S. Fətullayev ötən gün vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.