Abşeronda 54 yaşlı kişi qətlə yetirilib

28 Avqust 2025 15:20 (UTC+04:00)

Abşeronda qətl törədilib. SİA-nın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, 1971-ci il təvəllüdlü Adil İmambaxışova bıçaq xəsarətləri yetirib. O, aldığı xəsarətlərdən ölüb.

Polis əməkdaşları Vüqar Abuzərovu saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.