Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

28 Avqust 2025 15:30 (UTC+04:00)

Azərbaycanın yeniyetmə cüdoçusu Zeyd Ələsgərov (60 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq. SİA-nın məlumatına görə, o, təsəlliverici görüşdə qalib gəlməklə buna nail olub.

Ələsgərov Botond Kunyuku (Macarıstan) qızıl xal bölümündə üstələyib.