Qəbələdə velosipeddən yıxılan yeniyetmə ölüb

28 Avqust 2025 11:18 (UTC+04:00)

Qəbələdə bədbəxt hadisə baş verib. SİA xəbər verir ki, iki gün əvvəl Qəbələ rayonunun Abrıx kəndinin dağlıq ərazisində kənd sakini 2010-cu il təvəllüdlü Ömər Zəkəriyəyev velosipeddən yıxılıb.

Dərhal xəstəxanaya yerləşdirilən Ö.Zəkəriyəyev avqustun 27-i xəstəxanada vəfat edib.

Araşdırma aparılır.