...Finlandiya prezidenti Alexander Stubb Vladimir Zelenski ilə söhbətindən sonra Rusiyaya təzyiq göstərməyə çağırıb.
SİA xəbər verir ki, bu barədə o, özünün X səhifəsində yazıb.
Stubbın fikrincə, “Ukrayna sülhə hazırdır, Rusiya isə sadəcə olaraq zamanın arxasınca düşür”. “Biz danışıqlara qoşulmaq üçün Moskvaya təzyiq etməliyik”, o əlavə edib.
Stubb həmçinin Kiyevin təhlükəsizliyinə etibarlı dəstək planının həyata keçirildiyini açıqlayıb.
O, əmin edib ki, Helsinki öz tərəfdaşları ilə birlikdə Ukrayna üçün ədalətli sülh axtarmaq niyyətindədir. Bundan əvvəl Stubb əmin olduğunu bildirib ki, Şərqdəkilər Rusiya prezidenti Vladimir Putini sülhə "meyl edə" bilərlər.
Bununla bağlı o, Moskva ilə ticarət edən ölkələrə tariflərin tətbiqinə çağırıb.
Əli Babayev