Misir Qəzza zolağına göndəriləcək fələstinli əsgər və zabitlərə təlim keçməyə başlayıb.
SİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Qəzet həmsöhbətlərin sözlərini yazır ki, “...təhlükəsizlik qüvvələri artıq Misir hərbi akademiyalarında təhlükəsizlik üzrə təlimlərə başlayıblar. Təhlükəsizlik qüvvələrinin tərkibində olan fələstinlilərin əksəriyyəti İordan çayının qərb sahilində Fələstin Administrasiyasının təhlükəsizlik xidmətinin əməkdaşları olacaq.
“The Wall Street Journal” qeyd edir ki, Misir belə bir demarşla Qəzzanın özünüidarəsinə və Fələstin Muxtariyyətinə qarşı olan İsrailin hərbi-siyasi rəhbərliyinin iradəsinə qarşı çıxacaq.
Bundan əvvəl İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlər İsrailin BMT-dəki üzvlüyünün dayandırılmasına nail olmaq niyyətində olduqlarını bəyan ediblər.
Əli Babayev