Azərbaycanın Qoşulmama Hərəkatında (QH) sədrliyi ölkənin xarici siyasət fəaliyyətinin ən məhsuldar və yaddaqalan mərhələlərindən biri olub. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının üzvləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, sədrlik dövrü Azərbaycana Qoşulmama Hərəkatında beynəlxalq arenada rolunun gücləndirilməsinə və onun prinsiplərinin təşviqinə əhəmiyyətli töhfə vermək imkanı yaradıb.
Y.Rəfiyev vurğulayıb ki, rəsmi sədrlik müddətinin başa çatmasına baxmayaraq, Azərbaycan "Troyka sədrliyi"nin bir hissəsi olaraq təşkilatın fəaliyyətində fəal iştirak etməyə davam edir.
"Ölkəmiz üçün bu, həqiqətən unikal və unudulmaz təcrübə olub. Hətta bu gün, "üçlük"də olduğumuz zaman, biz sədrlik dövründə irəli sürülən təşəbbüsləri dəstəkləməyə və iştirakçı dövlətlər arasında geniş əks-səda doğuran ideyaları təşviq etməyə səmimi şəkildə şadıq", - nazir müavini qeyd edib.