“Araz-Naxçıvan” klubu futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün mübarizəyə start verəcək. SİA-nın məlumatına görə, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”la qarşılaşacaq.
Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında baş tutacaq görüşə Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
Matçı Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna) və Vladimir Sebek (Monteneqro) idarə edəcəklər.
Qeyd edək ki, “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyunları Linz şəhərində keçiriləcək. Komanda sabah Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" klubu ilə üz-üzə gələcək.