Azərbaycan millisi Avropa çempionatında ilk qələbəsini qazanıb

27 Avqust 2025 14:50 (UTC+04:00)

Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Avropa çempionatında ilk qələbəsini qazanıb. SİA xəbər verir ki, B divizionunda yer alan komanda 17-19-cu yerlər uğrunda oyunda İrlandiyaya 64:62 hesabı ilə qalib gəlib.

Milli turnirdəki sonuncu matçını sabah, Şimali Makedoniya komandasına qarşı keçirəcək.