Samuxda açıq ərazidə yanğın başlayıb

27 Avqust 2025 13:40 (UTC+04:00)

Samux rayonunda açıq ərazidə yanğın başlayıb. SİA-nın məlumatına görə, Samux rayonu Qədili kəndində qamışlıq sahə yanır.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Samux rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.