Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Bu barədə SİA-ya AFFA-nın mətbat xidmətindən bildirilib.
Tədbir avqustun 29-da, saat 11:00-da qurumun inzibati binasında təşkil olunacaq.
Mətbuat konfransında millinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunları üçün heyəti açıqlanacaq.