Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil - İLHAM ƏLİYEV

27 Avqust 2025 10:41 (UTC+04:00)

Dövlətlərarası münasibətlərimiz (İranla – red.) hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin (İran Prezidenti – red.) mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil”.